Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə naziri Fərid Əhmədov 26 sentyabr tarixində Göygöl rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib

28 sentyabr 2024 | 09:50
Qəbuldan əvvəl Ədliyyə naziri Fərid Əhmədov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyublar.
Qəbulda Göygöl, Daşkəsən, Samux, Goranboy, Naftalan və Xocalı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər