Şriftin ölçüsü :

Saytın rəngi :

“Dinlərarası münasibətlər və tolerantlıq” mövzusunda maarifləndirici tədbir keçirilib

08 sentyabr 2022 | 10:40
     Göygöl Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dinlərarası münasibətlər və tolerantlıq”  mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Göygöl rayon Gənclər evində rayon gənclərinin  iştirakı ilə  təşkil olunub.
     Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov  tədbiri giriş sözü ilə açaraq Azərbaycanda tarixən bərqərar olan tolerant  dəyərlərdən və multikultural ənənələrdən danışaraq, dövlətimizin din sahəsindəki siyasətinin beynəlxalq hüququn prinsiplərinə və normalarına, Respublikamızın qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslandığını, Azərbaycan dövləti üçün “tolerant ölkədən tolerant dünyaya doğru” şüarının bir  hədəf kimi müəyyənləşdiyini və buna tarixi haqqının olmasını qeyd edib. Natiq həm beynəlxalq nüfuz, həm də gələcəyə yönəlik planlar nöqteyi-nəzərdən Azərbaycanın qarşısına belə bir məqsəd qoymasının təbii və zəruri proses olduğunu bildirərək, Ulu öndər Heydər Əliyevin dövlət-din münasibətlərində əsasını qoyduğu məqsədyönlü dövlət siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.
   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndəsi Orxan Seyidov çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimləndiyini, dini sahədə sabitliyə nail olunduğunu, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanıldığını qeyd edərək,  tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənini və dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini bildirib. Bundan əlavə Orxan Seyidov öz çıxışında radikal dini cərəyanlar və onların fəsadları barədə də maarifləndirici məlumat verib.
     Çıxışların sonunda “Həmrəyliyimiz, milli birliyimiz gücümüzdür” sənədli filmi nümayiş olunub. Filmin nümayişindən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çap olunmuş kitablar tədbir iştirakçılarına hədiyyə edilib.
Keçidlər