Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

24 aprel 2024 | 11:03
Göygöl Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Göygöl rayonu Nadil kənd tam orta məktəbdə “Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl rayonu Nadil kənd tam orta məktəbin direktoru Nəbi Nəzərli, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər xalqımıza məxsus olan zəngin milli-mənəvi dəyərlər sistemindən danışaraq, müasirlik, yenilik və eyni zamanda, milli-mənəvi dəyərlərə, milli köklərə bağlılıq kontekstində tərbiyə edilən uşaq və gənclərin sağlam gələcək demək olduğunu vurğulayıblar.
Bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə ətraflı məlumat verən natiqlər, gənclərin milli-mənəvi dəyərlərə sadiq, təhsilli və bilikli olmalarının dini radikalizmə, xurafat və mövhumata qarşı tutarlı amil olduğunu qeyd ediblər.
Çıxışlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub. Sonda iştirakçılarının sualları cavablandırılıb.
Keçidlər