Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Göygöl rayonunda vətəndaş qəbulu keçirib

30 yanvar 2025 | 18:30
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 30-da Göygöl rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə Komitə sədri Ramin Məmmədov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
Qəbul zamanı Gəncə, Naftalan şəhərləri, Göygöl, Samux, Daşkəsən və Goranboy rayonlarından olan vətəndaşlar dini icmanın dövlət qeydiyyatına alınması, müqəddəs kitabları öyrənmə kurslarının yaradılması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Keçidlər