Cahangirov Abdulla Şəfi oğlu yaş həddi ilə bağlı pensiyaya yola salınıb
03 mart 2025 | 16:31
Dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə Göygöl Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulla Şəfi oğlu Cahangirovla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Əslən Laçın rayonundan olan Abdulla Cahangirov uzun müddət orta məktəb direktoru və müxtəlif dövlət orqanlarında çalışmış, 2014-cü ilin yanvar ayından Göygöl Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Abdulla Cahangirovu dövlət qulluğunda uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə Fəxri Fərmanla təltif etmiş ona xoş arzularını çatdıraraq rayonun ictimai həyatında ağsaqqal kimi fəal iştirak etməsini tövsiyə etmişdir. Abdulla Cahangirov ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.