Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən Müharibəsi şəhidi Bayramov Elcan Qoşqar oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib

03 avqust 2022 | 12:42

      Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən Müharibəsi şəhidi Bayramov Elcan Qoşqar oğlunun doğum günü ilə bağlı Göygöl Rayon Şəhidlər Xiyabanındakı məzarı başında anım mərasimi keçirilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar.

       Mərasimdə Şəhidin ailə üzvləri, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb direktorları və kollektivləri, qazilər, şəhid ailələri, şəhid yaxınları, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.

      Anım mərasimində çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Bildirilib ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız  sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına  torpaqlarımızı düşməndən təmizləyib. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanır.

      Şəhidin atası Qoşqar Bayramov göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirib.

    Şəhidimizin doğum günündə Göygöl şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.

     Xatırladaq ki, Şəhid Bayramov Elcan Qoşqar oğlu 3 avqust 2001-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 2007-ci ildə Gəncə şəhər 12 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. Orta təhsilini 4-cü sinifdən sonra Kəlbəcər rayon 122 saylı tam orta məktəbində davam etdirmişdir. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2019-cu ilin oktyabr ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elcan Bayramov 28 sentyabr 2020-ci il tarixdə Füzuli  rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Elcan Bayramov 05 noyabr 2020-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilib. Ölkə Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Subaydır.

     Allah Şəhidimizə rəhmət eləsin.

Keçidlər