Bu gün Göygöl rayon ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib
Bu gün rayon ümumi təhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib. Təhsil nazirinin müvafiq əmri ilə “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunub.
“Son zəng” tədbirlərində Rayon İcra Hakimiyyətinin və Regional Təhsil idarəsinin nümayəndələri, məktəb kollektivləri, şagirdlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində Göygöl rayon ümumtəhsil məktəblərinin IX siniflərini 876 nəfər, XI siniflərini 703 nəfər şagird bitirib.