Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Göygöl rayon ümumtəhsil məktəblərində “Son zəng” qeyd olunub

14 iyun 2023 | 17:20
Bu gün rayon ümumi təhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib. Təhsil nazirinin müvafiq əmri ilə “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunub.
“Son zəng” tədbirlərində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Aparatın bütün əməkdaşları, eyni zamanda Göygöl rayon üzrə Təhsil sektorunun nümayəndələri, məktəb kollektivləri, şagirdlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb.
Qeyd edək ki, 2022-2023-ci tədris ilində Göygöl rayon ümumtəhsil məktəblərində 11 mindən çox şagird oxuyub, onlardan IX siniflərdə 962 nəfər, XI siniflərdə isə 747 nəfər şagird təhsil alıb.
Keçidlər