Beynəlxalq Gənclər Günü münasibətilə Göygöl gənclərinin Yay Düşərgəsi davam edir
11 avqust 2022 | 17:59
Gənclərin asudə vaxtını düzgün dəyərləndirmək məqsədi ilə Göygöl rayon Mədəniyyət və İstirahət parkında Göygöl gənclərinin Yay Düşərgəsi keçirilir. Düşərgənin ilk günündə “Düşərgədə çadır neçə qurulur?” adlı təlim, intellektual oyun və əyləncəli oyunlar keçirilib.
Düşərgənin ikinci günündə “Ocaq qalama” adlı təlim, stolüstü tennis oyunu və əyləncəli oyunlar keçirilib.
Yay düşərgəsinin üçüncü günü Göygöl Olimpiya İdman Kompleksində idman yarışları ilə davam edəcək.
Qeyd edək ki, Yay düşərgəsi Göygöl Rayon Gənclər və İdman İdarəsi, Göygöl Gənclər Evinin təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilir.