Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərsu” sədrinin müavini Göygöl rayonunda vətəndaşları qəbul edib

17 may 2022 | 17:57

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 17 may 2022-ci il tarixində Göygöl rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov və Göygöl Rayon İcra Hakimiyyəti  başçısının səlahiyyətlərinin icraçısı, başçının birinci müavini Turani Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göygöl, Daşkəsən və digər rayonlardan ümumi 54 nəfər vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri əsasən içməli su təchizatı, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb qısa müddətdə zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər