Azəriqaz İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismar İdarəsi tərəfindən Göygöl rayonunda "Səyyar qəbul otağı" təşkil olunub
07 dekabr 2023 | 12:45
Gəncə RQİİ-nin rəisi giriş sözü ilə aksiyanı açıq elan etdikdən sonra mikrofon Aşıqlı kənd sakinlərinin ixtiyarına verilib. Kamera önünə çıxanların əksər hissəsi uçotu pozulmuş təbii qaz sərfiyyatının silinməsini xahiş ediblər. Digər müraciətlərə gəlincə, bunlar bəzi hallarda kənddə qazın təzyiqinin zəif olması və tibb məntəqəsinin qazlaşdırılmasından ibarət olub. Sonuncu müraciət isə rayonun digər kəndinin sakinləri adından ünvanlanıb ki, bu da Üçbulaq kəndinin qazlaşdırılması istəyidir. Gəncə RQİİ-nin rəhbər şəxsləri hər bir müraciəti qeydə alaraq aidiyyəti üzrə yönləndiriblər.