Şriftin ölçüsü :

Saytın rəngi :

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Açıq mikrofon” aksiyası keçirilib

11 may 2022 | 15:45

Bu gün Göygöl rayonunda sahibkarlarla növbəti görüş keçirilib. Birliyin məsul şəxsləri tərəfindən onların qaz təchizatı ilə bağlı problemləri dinlənilib. “Açıq mikrofon” aksiyasına sahibkarlarla yanaşı, Göygöl rayonunun Qarabulaq, Dozular, Qızılca, Yalqışlaq, Nadil, Sarısu kəndlərindən və Ağdağ qəsəbəsindən sakinlər də qoşulublar. Onlar küçə qaz xəttinin çəkilməsi, qapı keçidinin quraşdırılması, fərdi qazlaşma və digər məsələlərlə bağlı müraciət ediblər. Birliyin məsul şəxsləri daxil olan bütün müraciətlərlə bağlı yerindəcə izahatlar veriblər və hər bir müraciət araşdırılması üçün qeydiyyata alınıb.

Keçirilən aksiyada Birliyin məsul şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, habelə Göygöl rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri də iştirak ediblər.

Keçidlər