Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Göygöl şəhər 3 nömrəli tam orta məktəbin fizika müəllimi Mələksə Murquzovanın yaradıcılıq gecəsi keçirilib

15 noyabr 2023 | 18:55
Göygöl Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayon üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Göygöl şəhər 3 nömrəli tam orta məktəbin fizika müəllimi Mələksə Murquzovanın yaradıcılıq gecəsi keçirilib.
Tədbirdə Göygöl Rayon İcra hakimiyyətinin, Göygöl rayon Təhsil Sektorunun əməkdaşları və digər qonaqlar iştirak etmişdir. Göygöl Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Vəfa İbrahimova tədbiri giriş sözü ilə açaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin təbriklərini və xoş arzularını çatdırmış, ölkə rəhbərliyi tərəfindən ziyalılara göstərilən qayğı və diqqəti vurğulayaraq bu kimi yaradıcılıq gecələrinin önəmli olduğunu bildirmişdir.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov belə yaradıcılıq gecələrinin tez-tez təşkil olunmasını, yaradıcılıq gecələrinə gənclərin və şagirdlərin də cəlb olunmasının məqsədə uyğun olmasını bildirmişdir.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin sədri Dilarə Mövlayeva çıxışında Mələksə Murquzovaya yaradıcılıq fəaliyyətində uğurlar arzu etmiş, Göygöl rayonunda yazıçı və şairlərə göstərilən qayğının təqdirəlayiq olduğunu bildirmişdir.
Yaradıcılıq gecəsində iştirak edən bir neçə söz ustadları, yaradıcı insanlar da gecənin davamında Mələksə xanıma öz təbriklərini bildirərək və belə yaradıcı insanlara dəyər verildiyi üçün rayon rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.
Yekunda qonaqlar tərəfindən Mələksə Murquzovaya fərqli hədiyyələr təqdim olundu və Göygöl rayon ümumtəhsil məktəb şagirdləri tərəfindən şairin şeirləri oxundu.
Keçidlər