Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Göygöl rayonunu təmsil edəcək uşaqlarla görüş keçirilib
19 noyabr 2024 | 12:00
Görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Təhsil sektorunun müdiri Elnur Qasımov, Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Göygöl rayonunu təmsil edəcək şagirdlər Fatimə Seyidova və Kazım Kazımov, təhsil işçiləri və valideynlər iştirak ediblər.
Görüşdə uşaqlarla Forumda əhatə olunacaq mövzular ətrafında müzakirələr aparılaraq, onlara iştirakçı vərəqəsi və yaddaş kitabçası təqdim olunub.