Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən Göygöl rayonunda tədbir keçirilib
28 oktyabr 2022 | 14:10
28 oktyabr 2022-ci il tarixdə Göygöl rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü ilə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası” və “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarının məhv etmə komissiyası” tərəfindən həyata keçirilmiş tədbirlərin rüblük nəticələrinin təhlilinə həsr olunmuş iclas keçirilib. İclasda Komissiya üzvləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov iştirak ediblər.
İclasda Komissiya tərəfindən həyata keçirilmiş tədbirlərin rüblük nəticələri geniş təhlil olunub və Komissiyanın fəaliyyətinin səmərəliyinin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotikə meyilli şəxslərin barəsində vaxtında qabaqlayıcı və profilaktiki tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.