Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı ilə Könüllülərin regional hesabatı keçirilmişdir

01 avqust 2022 | 17:06
     “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı Gəncə-Daşkəsən iqtisadi regionunda fəaliyyət göstərən nümayəndəliklər ilə hesabat görüşü keçirilib.
     İlkin olaraq görüş zamanı “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının ümumi fəaliyyəti, yarım il ərzində həyata keçirilən layihələr və gələcəkdə nəzərdə tutulmuş fəaliyyət barədə məlumat verilib.
Daha sonra Gəncə-Daşkəsən iqtisadi regionunda fəaliyyət göstərən nümayəndəliklər yarım il fəaliyyətləri dinlənilib və məzun könüllülərə sertifikat təqdim olunub.
Həmçinin Kamran Əliyev aqrar sahənin ölkə iqtisadiyyatındakı əhəmiyyətini açıqlayaraq gənc könüllülərimizi aqrar sahədə əldə edə biləcəkləri uğurlu addımlar haqqında məlumatlandırıb. Sonda Kamran Əliyev gənc könüllülərimizə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Keçidlər