Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prokurorluğunun yaradılmasından 105 il ötür

30 sentyabr 2023 | 13:56
Ümummilli lider Heydər Əliyev 1998-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il 1 oktyabr Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis olunmasına dair Sərəncam imzalayıb.
Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktlar, o cümlədən “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında” Əsasnamə təsdiqlənib. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli Sərəncam Ümummilli Liderin prokurorluğa və prokurorluq işçilərinə göstərdiyi daimi qayğının parlaq təzahürüdür.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti artıq bəhrəsini verib. Prezident İlham Əliyev prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirib. Dövlətimizin başçısının siyasi iradəsinə və onun rəhbərliyi ilə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, prokurorluğun kadr korpusunun şəffaf prosedurlar əsasında yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər uğurla davam etdirilir.
Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul şəxsləri, Göygöl Prokuroru İlqar Hacızadə və prokurorluğun əməkdaşları, eyni zamanda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları İcra Hakimiyyətinin inzibati binasının qarşısında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Keçidlər