Şriftin ölçüsü :

Saytın rəngi :

Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində Göygöl rayonu üzrə fermer qadınlarının iştirakı ilə seminar keçirilib

16 noyabr 2022 | 15:16
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi çərçivəsində Göygöl rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və layihəyə müraciət edən qadın fermerlərə dəstək göstərilib.
Təsərrüfatlarının inkişafı üçün dəstək göstərilən fermerlərlə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) görüş keçirilib. Görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev və qadın fermerlər iştirak ediblər.
Görüşdə çıxış edən natiqlər AFAQ layihəsinin regionlarda aqrar məşğulluğun artırılmasında, qadın fermerlərin aqrar fəaliyyətə təşviqində və ailə təsərrüfatlarının inkişafında mühüm rolu olduğunu vurğulayıblar. Layihənin dəstəyi qadın fermerlərin işini stimullaşdırır və onların daha çox gəlir əldə etməsinə imkan yaradır.
AFAQ layihəsi çərçivəsində göstərilən budəfəki dəstək tədbirindən Göygöl rayonunun Balçılı, Qırıqlı və Üçbulaq kəndlərindən olan ümumilikdə 7 qadın fermer faydalanıb. Qadın fermerlərin müraciətləri əsasında təsərrüfatlara baxış keçirilib və qiymətləndirmə sorğuları aparılıb. Qiymətləndirmə sorğularına əsasən, qadın fermerlər təsərrüfatlarının ehtiyacları üzrə kənd təsərrüfatı avadanlıqları (süd çəkən maşın, dən üyüdən avadanlıq, ot doğrayan avadanlıq, arı yeşikləri, arı ailələri, bal süzən avadanlıq və s.) ilə təmin olunublar. Görüşdən sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər.
 
https://youtu.be/fsIOtVep3a8
Keçidlər