Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Göygöl rayonunda səfərdə olub
23 iyul 2024 | 15:58
Səfər çərçivəsində səfir Ralf Horlemann və qonaqlar Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə görüşüblər. Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonaqlara bölgənin qədim tarixi barədə ətraflı məlumat verilib, rayonun turizm potensialı və inkişaf perspektivləri geniş müzakirə olunub. Sonra qonaqlar XIX-XX əsrlərdə bu bölgədə yaşamış almanların dəfn olunduğu mülki qəbiristanlığı ziyarət edib, sonuncu alman Viktor Klaynın ev muzeyini və alman izlərini olduğu kimi qoruyub saxlayan katakombaları ekskursiya ediblər.
Səfir Ralf Horlemann və qonaqlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, rayondan xoş təəssüratla ayrıldılar.