Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Göygöl rayonuna səfər edib

09 mart 2023 | 13:13
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Prezident Administrasiyasının nümayəndəsi Emin Eyvazovla birgə səfir Ralf Horlemannı qarşılayaraq Göygöl şəhəri Aydın Hacıyev küçəsi 50 saylı ünvanda yerləşən Alman İcmasının Tarixi Muzeyinə baxış keçirilmişdir.
Baxış zamanı muzeydə aparılmış əsaslı təmir bərpa işləri və eksponatların konservasiyası barədə geniş və ətraflı məlumat verilmişdir. Səfir Ralf Horlemann muzeydə aparılmış təmir işlərini yüksək qiymətləndirərək, Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyevə və bu işdə əməyi olan hər bir kəsə dərin minnətdarlığını bildirmiş, muzeyin Azərbaycan və Almaniya dövlətləri arasında dostluq əlaqələrinin bir nümunəsi olduğunu vurğulayıb. Eyni zamanda bildirib ki, alman xalqının bu bölgədə məskunlaşması, uzun müddət yerli əhali ilə dostluq və mehribanlıq şəraitində yaşaması Almaniya və Azərbaycan dövlətlərinin tarixidir və bu tarixə hər birimiz hörmətlə yanaşırıq. Bu muzeyin turizmin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyini və gələcəkdə rayonun mirvarisinə çevriləcəyini Səfir xüsusi olaraq qeyd etmişdir.
Keçidlər