Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Göygöl rayonunda vətəndaş qəbulu keçirib-08-05-2025

08 may 2025 | 18:25
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, 8 may 2025-ci il tarixində keçirilən qəbul zamanı Göygöl və Daşkəsən rayon sakinlərinin müraciətləri dinlənilib.
Qəbuldan öncə Komitə sədri Bahar Muradova və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən qəbulda vətəndaş müraciətləri sırasında uşaqların müalicəsi, müəssisəyə yerləşdirilməsinə köməklik, erkən nikah faktı ilə bağlı hüquqi yardım, sosial dəstəyin göstərilməsi və digər məsələlər yer alıb. Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.
Keçidlər