“ABAD” Göygöldə
15 aprel 2023 | 11:09
“ABAD” publik hüquqi şəxsin Dekorativ-tətbiqi xalq sənətkarlığı departamentinin müdiri Ləman Əhmədova Göygöldə dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fəaliyyət göstərən vətəndaşlarla görüş keçirib.
Görüşdə vətəndaşlara “ABAD” barəsində ətraflı məlumat verilib və bildirilib ki, qurumun fəaliyyəti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməyə istiqamətlənib. “ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri, həmçinin təlim, mühasibat, hüquqi yardım, logistika işinin və satışların təşkili həyata keçirilir.
“ABAD” əməkdaşları tərəfindən vətəndaşların sualları cavablandırılıb, onlara “ABAD”çı olmaqda və yaradılmış dəstək layihələrindən yararlanmaqda müvafiq dəstək göstəriləcəyi bildirilib.