Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı Gənclər Birliyinin III hesabat-seçki konfransı keçirilib

12 mart 2015 | 16:00

Konfransda Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, YAP siyasi şuranın üzvü cənab Firdovsi Əliyev,  YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, fəal gənclər və media nümayəndələri iştirak etdilər. Konfransı YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev açaraq yaradıcısı Ümummilli lider Heydər Əliyev olan partiyanın zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük qüvvəyə  çevrildiyini bildirdi. Gənclər birliyinin sədri Elşən Məmmədov hesabat məruzəsində təşkilatın ötən konfransından keçən dövrdəki fəaliyyəti barədə ətraflı məlumat verərək, YAP Göygöl rayon təşkilatının 4674 YAP üzvündən  1521 nəfərini gənclər təşkil etdiyini və onların sayının ildən-ilə artdığını qeyd etdi.  Eyni zamanda bildirildi ki, YAP Göygöl rayon təşkilatı Gənclər Birliyi rayonun ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində gedən sürətli inkişafda yaxından iştirak edir.
Sonra təşkilati məsələlərə baxıldı. YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçildi.

Keçidlər