Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin və Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən taxıl sahələrinə baxış keçirilir.

19 aprel 2022 | 16:00

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin və Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən rayonun Zurnabad kəndində mövcud olan taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə sahələrə baxış keçirilib. Baxış zamanı sahələrdə əsasən vələmir, qanqal, turpəng alaq otları ilə sirayətlənmə müşahidə olunub.
Mütəxəssislər tərəfindən fermerlərə taxıl sahələrində yayılmış alaq otlarının növləri, zərərləri, mübarizə tədbirlərinin vaxtında və düzgün aparılması, tətbiq olunan yüksək keyfiyyətli herbisidlər və onlardan istifadə qaydaları, eləcə də pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması barədə ətraflı məlumatlar və müvafiq tövsiyələr verilib. Eyni zamanda müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Keçidlər