Xocalı soyqırımının 23-cü ildönümü Göygöl rayonunda qeyd olundu
Göygöl rayon Mədəniyyət mərkəzində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti, ümumtəhsil məktəb şagirdləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər. Tədbirdən əvvəl tədbir iştirakçıları Mədəniyyət mərkəzinin foyesində təşkil olunmuş rəsm sərgisinə və Xocalı soyqırımına həsr olunmuş filmə baxış keçirtdilər.
Saat 17.00-da Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonda Xocalı soyqırımının 23-cü ildönümü münasibəti ilə Göygöl rayon məktəblilərinin təşkil etdiyi ədəbi-bədii kompozisiyası təqdim olundu.