Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda gənclər üçün peşə sərgisi təşkil edilib.

11 aprel 2022 | 16:00

Sərgidə Göygöl Peşə Məktəbinin 10 ixtisas qrupu, “Peşə Təmayüllü Siniflərin Təşkil” layihəsinin 6 ixtisas profilləri üzrə siniflər və Göygöl rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Sərginin keçirilməsində məqsəd peşə seçimində çətinlik çəkən gənclərin düzgün yönləndirilməsi və əmək bazarında tələbat olan peşələr haqqında gənclərin maarifləndirilməsidir.
Qeyd edək ki, sərgi Göygöl Rayon Gənclər və İdman İdarəsi, Göygöl Rayon Təhsil Şöbəsi, Göygöl-Daşkəsən KOB İnkişaf Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyi, Göygöl Gənclər Evi və “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Sərgidə müxtəlif əyləncəli viktorinalar təşkil olunub və qaliblər hədiyyələrlə mükafatlandırılıb. Həmçinin ən yaxşı təqdimat hazırlayan peşə qruplarına hədiyyələr təqdim olunub.

 

Keçidlər