Şriftin ölçüsü :

Saytın rəngi :

“Məişət zorakılığı ilə mübarizə” adlı tədbir həyata keçirilib

07 aprel 2022 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə  Komissiya”nın təşkilatçılığı ilə Gənclər Evinin, Gənclər İdman İdarəsinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşlarının, rayon ümumtəhsil məktəblərinin psixoloqlarının, rayon Polis şöbəsinin azyaşlılar üzrə inspektorlarının, Göygöl Peşə məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə “Məişət zorakılığı ilə mübarizə” adlı tədbir həyata keçirilib.
Tədbirdə “Məişət zorakılığının formaları”, “Məişət zorakılığının ailədəki azyaşlı uşaqlara mənfi təsiri” və “Məişət zorakılığına məruz qalmış şəxsə necə kömək edə bilərik” mövzularda geniş söhbət aparılmış, hər bir iştirakçı aktiv şəkildə öz fikirlərini bildirmiş, rayon ümumtəhsil məktəblərinin psixoloqları tərəfindən müəyyən təkliflər irəli sürmüşdür.

Keçidlər