44 günlük Vətən Müharibəsi şəhidi Allahverdiyev Elşad Zaməddin oğlunun və Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Hacıyev Etibar Firuddin oğlunun doğum günü ilə bağlı tədbir keçirilib.
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Göygöl rayon şəhidi Allahverdiyev Elşad Zaməddin oğlunun və şəhid, Milli Qəhrəman Hacıyev Etibar Firuddin oğlunun doğum günü Göygöl Rayon Şəhidlər Xiyabanındakı məzarı başında qeyd edilib. Ziyarətçilər şəhidlərin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar. Mərasimdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev, Göygöl Bələdiyyəsinin sədri Mikayıl Hacıyev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Göygöl rayon şöbəsinin sədri Araz Abbasov, məktəb direktorları, Vətən Müharibəsi qaziləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.
Şəhidimizin doğum günündə təhsil aldığı məktəbin şagirdləri şəhidlərə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.
Daha sonra Göygöl şəhərində şəhid Elşad Allahverdiyevin xatirəsinə inşa olunan ehsan bulağı ziyarət olunub.