Göygöl rayonunda əhalinin dispanserizasiyası uğurla davam etdirilir
27 fevral 2015 | 16:00
Azərbaycan Resppublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bütün Respublikada olduğu kimi, Göygöl rayonunda da əhalinin dispanserizasiyası uğurla davam etdirilir. Belə ki, 27 fevral 2015-ci il tarixədək 18348 nəfər Göygöl sakini tibbi müayinədən keçirilmiş, bunlardan 2472 nəfəri ambulator, 120 nəfəri stasionar, 8 nəfəri isə müalicə olunması üçün Bakı şəhərinə göndərilmişdir. Dispanserizasiyası may ayının 1-dək davam etdiriləcək.