Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl şəhərində cüdo idman növü üzrə beynəlxalq turnirə start verilib.

23 mart 2022 | 16:00

Bu gün Göygöl şəhərində Azərbaycan Respublikasının əməkdar məşqçisi Ariz Ələkbərovun xatirəsinə həsr olunmuş  U-18 beynəlxalq turnir start götürüb.
Turnirin açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli xarici və yerli iştirakçıları salamlayaraq, onlara uğurlar arzu edib. E. Məmmədli Azərbaycanda cüdo idman növü üzrə beynəlxalq turnir təşkil olunmasını sevindirici hal kimi dəyərləndirib. “Bu həm ölkədə yaradılan güclü idman infrastrukturun olması, həm də Azərbaycanda cüdonun dərin ənənələrə malik olması deməkdir.” deyə E.Məmmədli əlavə edib. Eyni zamanda bildirib ki, beynəlxalq turnirin keçirilməsi ölkələr arası dostluq münasibətlərini daha da möhkəmləndirəcək.
Həmçinin, bu tipli çempionatların təşkili ACF-in gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması və cüdonun təbliğatı istiqamətində gördüyü işlərdəndir.
Turnirin ilk günündə qızlar arasında -36, -40, -44, -48 kq., oğlanlar arasında  isə -46, -50, -55, -60 kq. çəki dərəcələrində görüşlər keçiriləcək.
Qeyd edək ki, Göygöl Olimpiya İdman Kompleksində  keçiriləcək yarışda Türkiyə, Almaniya, Macarıstan, Özbəkistan, Sloveniya, Polşadan 100-dən çox idmançı ölkələrini təmsil edərək medallar uğrunda mübarizə aparacaqlar.
İki gün davam edəcək turnirdə ölkəmizin 400-ə yaxın gənc cüdoçusu  iştirak edəcək.

 

Keçidlər