Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon Gənclər evində Gənclərin İnkişafı Forumu keçirilmişdir.

18 mart 2022 | 16:00

Forumda Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP İdarə Heyətini üzvü Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, fəal gənclər, Vətən Müharibəsi iştirakçıları və qazilər iştirak etmişdir.
120 gəncin iştirak etdiyi Forum zamanı ilk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gedişatda Spikerlər tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılmışdır. Suallar əsasən təhsil, ictimai fəallıq, idman, asudə vaxtın təşkili, qiyabi təhsil alan tələbələrə tələbə kreditinin verilməsi, işğaldan azad edilmiş ərazilərə fəal gənclərin, qazilərin ekskursiyasının təşkili və digər məsələləri əhatə etmişdir. Forum çərçivəsində panel iclasları keçirilmiş, sosial sahibkarlıq, layihə hazırlamaq bacarığı, məşğulluqla bağlı dövlətin yaratdığı imkan, şərait və digər mövzularda müzakirələr aparılmışdır. Bütün çıxış və nitqlərdə gənclərə göstərilən yüksək dövlət qayğısı xüsusi olaraq vurğulanmış, bunun üçün Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevə yüksək minnətdarlıq bildirilmişdir.

 

Keçidlər