Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının yaranmasının 29 illik yubileyi qeyd olunmuşdur.
İlk öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş, abidə önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Sonra YAP Göygöl rayon təşkilatının binasında Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı Turani Əliyevin, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayevin, ərazi partiya təşkilat sədirlərinin, partiya veteranlarının, ziyalıların və gənclərin iştirakı ilə yubiley tədbiri davam etdirilmişdir.
Partiyamızın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Hiumni səsləndirilərək tədbir açıq elan olunmuşdur.
Giriş nitqi ilə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, inkişafı dövründən və bu günki qüdrətindən danışaraq, dövlətçiliyimizin inkişafında və xalqımızın firəvan həyatının təmin olunmasındakı əhəmiyyətli rolundan bəhs edərək, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası xalqımızın çox çətin duruma düşdüyü vaxtda, nicat yolunu Ulu Öndər Heydər Əliyevdə görən ziyalılarımızın Əvəzedilməz Lider Heydər Əliyevə müraciəti əsasında tarixi zərurətdən yarandığını, qısa müddət ərzində monolit olmaqla öz sıralarını sağlam əqidəli üzvlərlə genişləndirərək ümumxalq partiyasına, uğur və zəfər partiyasına çevrildiyini qeyd etmişdir.
Vüqar İsayev vurğulayıb ki, məhz 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin əldə olunmasında Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev başda olmaqla, bütün YAP üzvlərinin çox böyük rolu və əməyi olmuşdur. Qəhrəman hərbiçilərimizlə birlikdə, YAP üzvləri də döyüşlərdə iştirak edərək canları və qanları bahasına torpaqlarımızı mənfur düşməndən azad etmiş, əksər üzvlər isə arxa cəbhədə maddi və mənəvi dəstək göstərmişlər.
Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyasının ötən 30 ildə bir çox tarixi əhəmiyyətli uğurlara imza ataraq, tarixin ciddi sınaqlarından üzü ağ çıxdığını, bu illər ərzində inkişaf edərək möhkəmləndiyini, bütün siyasi kompaniyalarda qələbə qazanmaqla seçki təcrübəsini zənginləşdirdiyini və siyasi nüfuzetmə qaydalarini təkmilləşdirdiyini bildirən Vüqar İsayev inamla qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dayanıqlı sosial-iqtisadi inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Hazırda ölkəmizin həyatında yeni dövrün başlanğıcı kimi dəyərləndirilən işğaldan azad edilmiş ərazilərimizdə aparılan sürətli bərpa və quruculuq işləri Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır.
YAP Göygöl rayon təşkilatı Musiqi Məktəbi ərazi partiya təşkilatının sədri Nuranə Quliyeva geniş məruzə ilə çıxış edərək 29 il bundan öncə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən partiya olduğunu, öz sıralarında 800 minə yaxın məsləkdaşı birləşdirən Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirdiyini, eyni zamanda siyasi mübarizələrlə dolu şərəfli bir yol keçdiyini bildirərək qeyd etmişdir ki;
Məhz Azərbaycanın vətənpərvər ziyalılarının Ulu Öndər Heydər Əliyevə müraciəti əasaında 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransı keçirildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, Müstəqil Azərbaycanda öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Yeni Azərbaycan Partiyasının təsis konfransından qısa müddət keçdikdən sonra Göygöl rayonunun ziyalıları, mütərəqqi fikirli insanları dövlətçilik maraqlarını və xalqın mənafeyini əsas tutaraq, partiyanın Göygöl rayon təşkilatını yaratmaq üçün fəaliyyətə başladılar. Çox ağır ictimai-siyasi vəziyyətə və həmin dövrün güc strukturlarının təqiblərinə baxmayaraq həmin insanlar 2 mart 1993-cü ildə Heydər Əliyev ideyaları ətrafında sıx birləşərək, YAP rayon təkilatının birinci konfransına toplaşdılar və YAP Göygöl rayon təşkilatı təsis olundu.
Fəxrlə qeyd etməliyik ki, ötən 29 il ərzində Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı böyük inkişaf yolu keçmiş, öz sıralarını daim genişləndirərək, partiyamızın proqram və prinsiplərinə uyğun surətdə qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə təmin etmiş, fəaliyyətini daim gücləndirmişdir.
Hazırda YAP Göygöl rayon təşkilatı 121 ərazi ilk partiya təşkilatı vasitəsilə 5419 nəfər partiya üzvünü özündə birləşdirir. Rayonun bütün kənd və qəsəbələri, idarə və müəsisələri, ümumtəhsil məktəbləri partiya qayğısı ilə əhatə olunmuşdur.
N.Quliyeva Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının formalaşmasında, təşkilatlanmasında və böyüməsində partiya veteranları olan ağsaqqalların əvəzsiz xidmətləri olduğunu, 395 nəfər partiya veteranının olmasının təşkilata böyük şərəf gətirdiyini və təşkilatlanma sahəsinə öz müsbət təsirini göstərdiyini qeyd edərək, partiyanın aparıcı dəstəsi olan veteranlara, səmimi arzularını bildirmişdir.
Yığıncaqda Kərəmli kənd tam orta məktəbi ərazi partiya təşkilatının sədri Mətləb Hüseynov və Partiya fəalı Aişə Novruzova çıxış etmişdir.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyevə çıxış edərək Partiyanın keçdiyi tarixi yoldan və qarşıda duran vəzifələrdən danışaraq, iştirakçılara öz dəyərli tövsiyələrini vermişdir.
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının yaranmasının 29 illik yubileyi münasibəti ilə rayon təşkilatı tərəfindən -partiya quruculuğu işlərində nümunəvi fəaliyyət göstərən, -rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, -əmək fəaliyyətində səmərəli işi ilə fərqlənən şəxslər Fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunmuş, yeni üzvlüyə qəbul olunan gənclərə partiya vəsiqələri təqdim edilmişdir.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yekun nitqi ilə çıxış edərək 5 mart 2021-ci ildə keçirilmiş Yeni Azərbaycan Partiyasının VII Qurultayıından, yeni qəbul edilmiş Nizamnamə və Proqramdan söhbət açaraq qarşıda duran vəzifələrdən danışmış, YAP Göygöl rayon təşkilatının öz fəaliyyətini partiyanın yeni Proqram və Nizamnaməsinin tələbləri əsasında qurduğunu, partiya sədrinin nitqlərində, idarə heyətinin qərarlarında, qarşıya qoyulan vəzifələrin, Mərkəzi Aparatın müvafiq tapşırıq və tövsiyələrinin yerinə yetirilməsinə bütün üzvləri səfərbər etdiyini qeyd etmişdir.
V.İsayev Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinə alternativ olmadığını, ölkəmizin inkişafında, maddi mədəniyyət abidələrin qorunması və bərpasında Azərbaycan Respublikasının birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın xidmətlərinin əvəzsiz olduğunu bildirərək, xalqımıza göstərdiyi bu böyük diqqət və qayğıya görə partiyamızın sədri, hörmətli prezidentimiz cənab İlham Əliyevə və qəlbi daim Azərbaycan xalqı ilə döyünən, Mehriban xanım Əliyevaya yubiley iştirakçıları adından dərin minnətdarlıq bildirmişdir.
Sonda Vüqar İsayev Heydər Əliyev ideyalarını yaşadaraq Azərbaycan xalqına xidmət edən və cənab İlham Əliyev kimi rəhbəri olan Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan fəxr etdiyini və qürur duyduğunu bildirərək, bu şərəfli missiyanı daşımaqda hamıya uğurlar arzuladı və Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının yaranmasının 29 illik yubileyi münasibəti ilə partiya silahdaşlarını bir daha səmimi qəlbdən təbrik etdi.