Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

17 fevral 2022 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi  Hacıyev Sənan Aqil oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Qəbul zamanı qazimiziin maddi-məişət şəraiti ilə maraqlanılmış, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmış, sığorta ödənişinin verilməsində və maşın növbəliyinə alınması üçün lazımi köməkliklər göstərilmişdir. Qazimiz mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə müraciət etmiş və toplaması üçün müvafiq sənədlərin siyahısı verilmişdir.
Xatırladaq ki, Hacıyev Sənan Aqil oğlu 26 sentyabr 1998-ci il tarixdə Göygöl şəhərində anadan olmuşdur. 2004-cü ildə Göygöl şəhər 6 nömrəli tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2015-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2016-cı ilin oktyabr ayından 2018-ci ilin aprel ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
Qazi Hacıyev Sənan Aqil oğlu 27 sentyabr 2020-ci ildə 44 günlük  Vətən müharibəsi başlayan zaman gedən hərbi döyüşlərə könüllü olaraq qatılmış, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 29 oktyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində gedən döyüşlərdə partlayış travması nəticəsində keçirilmiş qapalı KBT baş beyin silkələnməsi və  posttravmatik ensefalopatiya yarası almışdır. III qrup əlildir. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz Sənan Hacıyev  Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı,  Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamlarına əsasən müvafiq olaraq “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Subaydır.

Keçidlər