Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

14 fevral 2022 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi  Yusibov Allahverdi Natiq oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Qəbul zamanı qazimiziin maddi-məişət şəraiti ilə maraqlanılmış, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmış, sığorta ödənişinin verilməsində və maşın növbəliyinə alınması üçün lazımi köməkliklər göstərilmişdir. Qazimiz mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə müraciət etmiş və toplaması üçün müvafiq sənədlərin siyahısı verilmişdir.              
Xatırladaq ki, Yusibov Allahverdi Natiq oğlu 30 mart 2001-ci il tarixdə Göygöl rayonunun Aşıqlı kəndində anadan olmuşdur. 2007-ci ildə Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2016-cı ildə Göygöl Peşə Məktəbinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbi bitirmişdir. 2019-cu ilin aprel ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır.
           Qazi Yusibov Allahverdi Natiq oğlu 27 sentyabr 2020-ci ildə 44 günlük  Vətən müharibəsi başlayan zaman gedən hərbi döyüşlərə könüllü olaraq qatılmış, Kəlbəcər və Cəbrayıl rayonunun, Şuşa şəhərinin və Hadrutun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 21 oktyabr 2020-ci il tarixdə Hadrut istiqamətində gedən döyüşlərdə partlayış travması, sağ baldır, sol baldır, sol kürək, sağ və sol bazu, sol qasıq nahiyyələrinin kor qəlpə yaralanmaları və sol kürək sümüyünün qəlpəli yerdəyişmiş sınığı yarası almışdır. II qrup əlildir. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz Allahverdi Yusibov  Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalı,  Kəlbəcər və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamlarına əsasən müvafiq olaraq “Kəlbəcərin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Subaydır.

Keçidlər