Göygöldə sakinlər kütləvi sürətdə tibbi müayinədən keçirilir
05 fevral 2015 | 16:00
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə keçirilən əhalinin tibbi müayinəsinə Göygöl rayonunda da ciddi hazırlıq işləri görülüb. Məhz bunun nəticəsidir ki, qısa vaxt ərzində rayonun 8 səhiyyə ocağında beş mindən artıq sakin dispanserizasiyadan keçirilib. Onlardan 6 nəfəri stasionar, 25 nəfəri ambulator müalicəyə cəlb edilib. Cari ilin may ayının 1-dək əhalinin kütləvi tibbi müayinəsi davam etdiriləcək.