Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi Əkbərov Elvin Vahid oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Qəbul zamanı qazimiziin maddi-məişət şəraiti ilə maraqlanılmış, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmış, sığorta ödənişinin verilməsində və maşın növbəliyinə alınması üçün lazımi köməkliklər göstərilmişdir. Qazimiz mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə müraciət etmiş və toplaması üçün müvafiq sənədlərin siyahısı verilmişdir.
Xatırladaq ki, Əkbərov Elvin Vahid oğlu 25 aprel 1984-cü il tarixdə Göygöl rayonunun Zurnabad kəndində anadan olmuşdur. 1990-cı ildə Göygöl rayon Ş.Əhmədov adına Zurnabad kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2001-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2002-ci ilin iyul ayından 2004-cü ilin yanvar ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2018-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
Qazi Əkbərov Elvin Vahid oğlu 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman gedən hərbi döyüşlərə könüllü olaraq qatılmış, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 28 sentyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə partlayış travması, sağ ayağın geniş yumşaq toxuma defekti yarası və aşıq-daban sümüyünün açıq, defektiv sınığı yarası almışdır. III qrup əlildir. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz Elvin Əkbərov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı və Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.