Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı-başçının birinci müavini, YAP Göygöl rayon təşkilatının yeni sədri ilə görüşüb.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı-başçının birinci müavini Turani Əliyev və YAP Göygöl rayon təşkilatına sədr təyin olunan Vüqar İsayev rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə görüş keçiriblər. Keçirilən görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı-başçının birinci müavini Turani Əliyev hörmətli Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının şərəfli, zəngin inkişaf yolu keçdiyini bildirib. Ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının bu gün misilsiz nailiyyətləri olan alternativsiz siyasi partiyaya çevrildiyini vurğulayıb.Turani Əliyev YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayevin əmək fəaliyyəti devrində işlədiyi kollektivlərin dərin hörmətini qazandığını, səmərəli fəaliyyəti ilə daim fərqləndiyini, təcrübəli və dövlətçiliyə sadiq olduğunu qeyd edərək onu sədr təyin olunması münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb. Vüqar İsayev öz çıxışında ona göstərilən bu yüksək etimad üçün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə , YAP İdarə Heyətinə və partiyanın çoxsaylı üzvlərinə minnətdarlığını bildirib. Ona göstərilən bu yüksək etimadı layiqincə doğruldacağını qeyd edib.
Tədbirdə digər çıxış edənlər, rayon ağsaqqalı Azadxan Haqverdiyev, Təhsil işçisi Dilarə Mövlayeva, Gənclər- idman İdarəsinin rəisi Zaur Abbasov və digərləri Vüqar İsayevə sədr təyin olunması münasibətilə təbriklərini çatdırıb, bu yolda ona uğurlar arzulayıblar.