YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayevin təqdimetmə mərasimi keçirilib.
04 fevral 2022- ci il tarixdə Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul edilmiş Nizamnamə və yerli partiya təşkilatlarının Əsasnaməsi tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 28 yanvar 2022- ci il tarixli qərarı ilə YAP Göygöl rayon təşkilatının sədri vəzifəsinə yeni təyin edilmiş İsayev Vüqar Sabir oğlunun təqdimatı keçirilmişdir.
Karantin qaydalarına ciddi əməl olunmaqla keçirilən təqdimat mərasiminə videoformatda qoşulan YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov bildirmişdir ki, ölkəmizin ictimai- siyasi , sosial sahələrində aparılan islahatlar ölkənin hakim partiyası olan Yeni Azərbaycan Partiyasınında həyatında da mühüm dəyişikliklərin edilməsini zəruri etmişdir. Partiyanın VII qurultayının qərarlarının tələblərinə uyğun olaraq yerli partiya təşkilatlarının çevikliyinin artırılması, partiya üzvlərinin məsuliyyətinin yüksəldilməsi onların yerli və ərazi partiya təşkilatları ilə əlaqələrinin daha da möhkəmləndirilməsini təmin edəcək tədbirlər yerli təşkilatların Əsasnaməsində öz əksini tapmışdır. Bu gün YAP sıralarına boy sırasının artırılması zamanı əsas diqqət dövlətə və dövlətçiliyə sədaqətli siyasi cəhətdən daha yetkin gənclərin sıralarımıza qatılmaları diqqət mərkəzində saxlanılmalıdır. Partiya daxili nizam-intizam yüksək səviyyədə təmin olunmalı, partiya üzvlərinin ərazi partiya təşkilatları ilə münasibətlərinin göstəricisi olan partiya üzvlük haqlarının yuxarı orqan tərəfindən qəbul olunmuş qaydada ödənilməsi diqqətdə saxlanılmalıdır.
YAP Göygöl rayon təşkilatının yeni sədri Vüqar İsayev ona göstərilən böyük ehtimad üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə dərin minnətdarlığını bildirərək, təşkilatın çoxsaylı üzvlərinin bundan sonra da partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin dövlətimiz və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində yürütdüyü daxili və xarici siyasəti birmənalı olaraq dəstəkləməklə, qarşıya qoyulan mühüm vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildirdi.
Tədbirdə çıxış edən Təhsil şöbəsi ƏPT-inin sədri Salman Balakişiyev, Yeni Qızılca kənd ƏPT-nın sədri Ofeliya Rəhimova, Xaqani bələdiyəsi ƏPT-nın sədri Adil Qarayev, Elmi Tədqiqat Heyvandarlıq İnstitutu ƏPT-nın sədri Mahir Hacıyev bildirdilər ki, YAP Göygöl rayon təşkilatı daim dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkə iqtisadiyyatının gücləndirilməsi istiqamətində partiyamızın yürütdüyü siyasətin həyatımızda reallığa çevrilməsi üçün görülən işlərdə öncül olmuşdur. Bu gün rayon təşkilatına yeni sədr təyin edilən Vüqar İsayevi uzun illər birgə səmərəli fəaliyyətdən yaxından tanıdıqlarını bildirirərək ona uğurlar arzuladılar.