Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Həsənov Tarix Sücayət oğlunun ildönümü mərasimi keçirilib.

26 yanvar 2022 | 16:00

26 yanvar 2022-ci il tarixdə Göygöl rayonu Çaykənd kəndindən olan Vətən müharibəsi şəhidi Həsənov Tarix Sücayət oğlunun ildönümü mərasimi keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev,  rayonun digər rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər Göygöl şəhər  Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Həsənov Tarix Sücayət oğlunun ildönümü ilə bağlı məzarını ziyarət edib, ruhuna dualar oxuyub əziz xatirəsini anıblar. Eyni zamanda rayonun ümumtəhsil məktəb şagirdləri Şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Keçidlər