Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Göygöl rayon təşkilatı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib

19 yanvar 2022 | 16:00

20 Yanvara həsr olunan "Qan yaddaşımızı unutmayaq" anım tədbirini açan YAP Göygöl rayon təşkilatının Gənclər Birliyini sədr müavini səlahiyyətlərini icra edən Vüqar Hüseynov çıxışına bu sözlərlə başlayıb.
“1990-cı ilin 20 yanvarında baş verən, millətin Vətən sevgisinin real təcəssümü olan, gəncliyin bu sevgi yolunda ölümə belə gedə bildiyini göstərən o hadisələr həm də lidersiz millətin gücsüzlüyünü əyani şəkildə ortaya qoydu”- deyərək, çıxışına davam edən rayon təşkilatının Gənclər Birliyini sədr müavini səlahiyyətlərini icraçısı 32 il əvvəl baş verənləri ədalət istəyən xalqa tutulan divan olduğunu qeyd etdi.
Ümummilli lider Heydər Əliyevin təqiblərdən çəkinməyərək, Moskvadakı Azərbaycan Daimi Nümayəndəliyinə gəlməsini, o zamankı İttifaq rəhbərliyini Azərbaycan xalqına qarşı cinayətdə ittiham etməsinin cəsarətli addım olduğunu və Ulu Öndərin hər zaman xalqının yanında olduğunu YAP Göygöl rayon təşkilatının sədr müavini səlahiyyətlərini icra edən Zəhra Zeynalova çıxışında vurğuladı. "Sonralar Azərbaycanda ikinci dəfə siyasi rəhbərliyinə gələn ümummilli liderimiz 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilməsinə nail oldu"- deyən təşkilat sədr müavini səlahiyyətlərini icraçısı bu günkü Azərbaycanın 1 il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsini 20 Yanvar şəhidlərinin güllələnmiş arzularının həyata keçməsi adlandırdı.
20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən YAP Göygöl rayon təşkilatının məsləhətçisi səlahiyyətlərini icra edən Aygün Həsənova,  Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirdi. Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalqımızı daha da birləşdirərək, millətin yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyini bildirib.

 

Keçidlər