Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 3-cü ildönümü Göygöl rayonunda qeyd olundu
Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 3-cü ildönümü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin işçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoydular.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 3-cü ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçularının, həmçinin Göygöl rayon şöbəsinin rəisi polkovnik Mayıl Şahverdiyevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildiklərini qeyd etdi və onlara xoş arzularını çatdırdı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi polkovnik Mayıl Şahverdiyev çıxış edərək “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildiyi üçün Möhtərəm Prezidentə öz dərin minnətdarlığını bildirdi və bundan sonra da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən işlərinin günün tələbləri səviyyəsində quracaqlarını qeyd etdi.
Tədbirin sonunda bir qrup şəxsə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi ilə sıx əməkdaşlıq etdiyinə görə fəxri fərman, pul mükafatları və xatirə hədiyyələri təqdim olundu.