Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə “ZƏFƏR Kuboku” keçirildi.

04 yanvar 2022 | 16:00

Azərbaycan Cüdo Federasiyasının və Göygöl Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə və Göygöl rayon Gənclər və İdman  İdarəsinin dəstəyi ilə baş tutan yarışda 15 yaşadək yeniyetmə cüdoçular “ZƏFƏR Kuboku” adlı Respublika turnirində öz güclərini sınadılar.
Ölkənin müxtəlif bölgələrindən yarışa qatılan və 14 komandanı təmsil edən 200-dən çox oğlan və qız cüdoçu tatami üzərində ən güclü olanı müəyyən etmək üçün mübarizə apardılar.
Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Beynəlxalq Cüdo Federasiyasının standartları səviyyəsində keçirilən yarışın qalibləri və mükafatçıları kubok, medal və diplomlarla təltif edildilər.
Yarış mövcud pandemiya qaydalarına uyğun şəkildə və azarkeşsiz keçirildi.

Keçidlər