Şriftin ölçüsü :

Saytın rəngi :

“Qalib xalqın sağlam gənci!” Layihəsinə start verildi!

28 dekabr 2021 | 16:00

Göygöl Olimpiya İdman Kompleksinin təşəbbüsü ilə Göygöl rayonunda yaşayan məktəblilərin  idmana həvəsinin artırılması üçün, eləcə də bölgədə idmanın kütləviliyinin təmin edilməsi üçün yeni layihəyə başlanılıb
28 Dekabr 2021-ci il tarixində Göygöl Olimpiya İdman Kompleksinin təşəbbüsü və təşkilatçılığı ilə, Göygöl rayon Gənclər və İdman İdarəsinin və Göygöl rayon Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə “Qalib xalqın sağlam gənci!” Layihəsi çərçivəsində Göygöl rayon 1 saylı məktəbinin şagirdləri üçün Göygöl Olimpiya İdman Kompleksində “Açıq məşq” günü təşkil edildi.
2-8-ci siniflərdə oxuyan məktəblilərin (7-13 yaş) avtobuslarla kompleksə gəlib-getməsi təmin edildi və
şagirdlər növbəliliklə Güləş, Cüdo, Boks, MMA,  Taekvondo, Üzgüçülük  idman növləri haqda qısa məlumatlar alıb, hər növ üzrə keçirilən məşqlərdə sınaq təlimində iştirak etmək imkanı əldə etdilər.
Məktəblilər ən çox bəyəndiyi idman növünə yerindəcə yazılmaq imkanı qazanıblar
(Olimpiya idman növləri üzrə məşqlər tam ödənişsizdir)
Daha sonra “Açıq məşq”lərə qatılan məktəblilər “Gələcəyin çempionları” adlı qısa yarışmada iştirak etdilər (turnikdə dartınma, yerdən özünü sıxma(jim) Qaliblər və mükafatçılar medallarla təltif edildi və pulsuz hovuz abonementi qazandılar!
Uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi inkişafının təmin olunması sağlam gələcəyin təməlidir. Bu istiqamətdə Göygöl Olimpiya İdman Kompleksində ölkə başçısının rəhbərliyi ilə dövlətimiz tərəfindən yaradılan əlverişli idman infrastukturunun imkanlarından maksimal dərəcədə faydalanmaq mühüm məsələdir.
  “Qalib xalqın sağlam gənci!” Layihəsi
Göygöldə yaşayan məktəblilərin neqativ təsirlərə düşməməsi və sağlam həyat tərzi sürmələri üçün, eləcə də yeniyetmələrin idman potensiallarının aşkarlanması və stimullaşdırılması üçün, eyni zamanda bölgədə idmanın kütləviləşməsi və inkişaf etdirilməsi üçün faydalı bir layihə olacağını söyləməyə əsas verir.
  “Qalib xalqın sağlam gənci!” Layihəsi 2022-ci ildə davam etdiriləcək!

Keçidlər