Şriftin ölçüsü :

Saytın rəngi :

“Böyük Zəfərin kiçik qəhrəmanları” başlığı altında tədbir keçirilib

28 dekabr 2021 | 16:00

Göygöl rayon Mədəniyyət Mərkəzində Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəliyinin təşkilatçılığı ilə  “Böyük Zəfərin kiçik qəhrəmanları” başlığı altında Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərin iştirakı 31 Dekabr – dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə şəhid və qazilərin övladları  üçün əyləncəli “Yeni il” proqram təşkil olunub. Tədbirdə həmçinin Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirin sonunda yeni ilin atributları olan “şaxta baba” və “qar qız” səhnəyə daxil olub uşaqlarla əyləncəli oyunlar oynayaraq onlara  yeni il hədiyyələri təqdim ediblər.

 

Keçidlər