Göygöl rayonun Çaykənd kəndində Vətən müharibəsi şəhidlərinin xatirə abidəsinin açılış mərasimi keçirilib.
Göygöl rayonun Çaykənd kəndində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmiş bulaq kompleksi abidəsinin açılış mərasimi keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev, Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, rayonun digər rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər və media nümayəndələri iştirak ediblər.
Tədbir dövlət himni ilə açıq elan olunduqdan sonra, Şəhidlərimiz əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev qeyd edib ki, 44 günlük Vətən Müharibəsində qələbəyə Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və müdrikliyi, Azərbaycan ordusunun igidliyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı və şücaəti bahasına nail olmuşuq. Tədbirdə çıxış edən Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətindən danışıb, qazilərə şəfa, bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək hər birinin xalqımızın ürəyində əsrlər boyu yaşayacağını qeyd edib. Tədbirdə çıxış edən Şəhid ailələrinin üzvləri və qazilər ölkə rəhbəri cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından danışaraq bu kompleksin tikintisində əməyi olan hər bir kəsə minnətdarlıqlarını bildiriblər. Sonra məktəblilər Şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər. Tədbirin sonunda Şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə kompaniyası həyata keçirilib.