Göygöl rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədi ilə növbəti açıq dərs keçirildi
Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Göygöl rayon Heydər Əliyev Mərkəzində rayon ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda xüsusi dərslər təşkil olunur.
Tərtib olunmuş cədvələ uyğun olaraq 04.02.2015-ci il tarixdə dərslərdə Göygöl şəhər 1 və 3 saylı, Balçılı kənd 2 saylı tam orta məktəblərin XI sinif şagirdləri iştirak etdi.
Dərslərin yüksək səviyyədə və planlı şəkildə keçirilməsi məqsədi ilə rayonun ümumtəhsil məktəblərindən peşəkarlığı və metodiki hazırlığı ilə fərqlənən 6 nəfər Azərbaycan və 1 nəfər rus bölməsi üzrə tarix müəllimi seçilmişdir. Bu tədris ilinin sonunadək dərslərin tədrisi davam etdiriləcək.