Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Eldarzadə Azər İsmixan oğlunun ildönümü mərasimi keçirilib.

03 dekabr 2021 | 16:00

03 dekabr 2021-ci il tarixdə Göygöl rayonundan olan Vətən müharibəsi şəhidi Eldarzadə Azər İsmixan oğlunun ildönümü mərasimi keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev,  rayonun digər rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər Göygöl şəhəri Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Eldarzadə Azər İsmixan oğlunun ildönümü ilə bağlı məzarını ziyarət edib, ruhuna dualar oxuyub əziz xatirəsini anıblar. Eyni zamanda şəhid Eldarzadə Azərin təhsil aldığı Göygöl şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Şəhidin keçdiyi döyüş yolu barədə ətraflı məlumat verərək,  Şəhidlərə həsr olunmuş şerlər söyləyiblər.

Keçidlər