Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Musayev Ramiz Kamil oğlunun ildönümü mərasimi keçirilib.

27 noyabr 2021 | 16:00

27 noyabr 2021-ci il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsindən olan Vətən müharibəsi şəhidi Musayev Ramiz Kamil oğlunun ildönümü mərasimi keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev,  rayonun digər rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər Göygöl rayonu Hacıməlik qəsəbə qəbiristanlığında Vətən müharibəsi şəhidi Musayev Ramiz Kamil oğlunun ildönümü ilə bağlı məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əziz xatirəsini anıblar. Şəhidin məzunu olduğu Hacıməlik qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdləri Şəhidlərə həsr olunmuş şerlər söyləyiblər.

Keçidlər