Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova qərb bölgəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirtdi

26 yanvar 2015 | 16:00

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində qərb bölgəsinin vətəndaşlarını qəbul edərək, onların müraciət və təkliflərinin dinlədi. Qəbulda 30 nəfərdən artıq vətəndaş əlil uşaqların müalicəsi, övladlığa verilmə, gənc ailələrə yardım, erkən nikahlar və boşanmaların yaratdığı problemlər, eləcə də uşaq hüquqlarının müdafiəsi ilə bağlı müraciət etdi. Komitə sədri hər bir vətəndaşı diqqətlə dinləyərək bəzi müraciətləri yerindəcə həll etdi. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq dövlət qurumlarına çatdırılması üçün qeydiyyata alındı.

Keçidlər