Göygöl rayonunda Beynəlxalq Müəllimlər günü qeyd edilib.
Beynəlxalq Müəllimlər günü münasibəti ilə Göygöl rayon İcra Hakimiyyəti və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Göygöl rayon Gənclər Mərkəzində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Göygöl rayon Heydər Əliyev parkında ucaldılmış Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq ulu öndərə hörmət və ehtiramını bildirdilər.
Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə xanım İbrahimova təhsil işçilərini peşə bayramı günü münasibəti ilə təbrik edərək, Azərbaycan müəlliminin Respublikanın intellektual potensialının gücləndirilməsində və inkişaf etdirilməsində yüksək rolu olduğunu qeyd edib Eyni zamanda bildirilib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasəti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu istiqamətdə ardıcıl kompleks tədbirlər həyata keçirilir və müəllim əməyi yüksək qiymətləndirilir.
Respublikada olduğu kimi, Göygöl rayonunun da təhsilin inkişaf etdirilməsi, yeni məktəblərin tikintisi, maddi-texniki bazasının gücləndirilməsi sahəsində məqsədyönlü işlər aparılır.
Tədbirdə çıxış edən Göygöl rayon Təhsil şöbəsinin müdiri əvəzi Seymur Əsgərov təhsilə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlığını bildirib və göstərilən bu qayğının nəticəsi olaraq şagirdlərin alı məktəblərə qəbulunun ilbəil artdığını qeyd edib.
Təhsildə göstərdikləri yüksək nəticələrə görə bir neçə təhsil işçisi Beynəlxalq Müəllimlər günü münasibəti ilə Göygöl Rayon İcra Hakimiyyəti Başçısının “Fəxri Fərmanı” ilə təltif edildillər.